Главная > Dünya / Manset > Aİ-dən Ukraynanın dörd bölgəsinin Rusiyaya qatılmasına REAKSİYA
Aİ-dən Ukraynanın dörd bölgəsinin Rusiyaya qatılmasına REAKSİYA30-09-2022, 20:19. Разместил: admin |
Avropa İttifaqı ölkələri Ukraynanın dörd bölgəsinin Rusiya Federasiyasına ilhaq edilməsini qətiyyətlə pisləyirlər. Bu barədə Avropa Şurasının bəyanatında qeyd edilir: “Rusiyanın Ukraynanın müstəqilliyini pozmaq üçün qanunsuz referendumlarını əsla tanımayacağıq. Biz Rusiyanın Donetsk, Luqansk, Zaporojye və Xersonun qanunsuz ilhaqını birmənalı şəkildə rədd edir və pisləyirik”. Qeyd olunub ki, Aİ-yə üzv dövlətlər tərəfindən Rusiyanın qanunsuz hərəkətlərinin məhdudlaşdırılması istiqamətində görülən tədbirlər də gücləndiriləcək. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib: “Rusiya işğalçıları tərəfindən ələ keçirilən bütün Ukrayna əraziləri hər zaman suveren Ukraynanın bir hissəsi olaraq qalacaq”. Вернуться назад |