Главная > Dünya > ABŞ-dakı diasporumuz Beynəlxalq Folklor Festivalında ölkəmizi təmsil edib - FOTO

ABŞ-dakı diasporumuz Beynəlxalq Folklor Festivalında ölkəmizi təmsil edib - FOTO


30-09-2022, 13:39. Разместил: admin
ABŞ-ın Şimali Karolina ştatının Fayetvill (Fayetteville) şəhərində keçirilən 44-cü Ənənəvi Beynəlxalq Folklor Festivalında ölkəmizi Azərbaycan Dostluq Təşkilatı təmsil edib.

Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal bildirib ki, icmamız ilk dəfə bu festivala qatılıb. Milli geyimlərimizdə olan soydaşlarımız festivalın paradında iştirak ediblər. Onlar Azərbaycan pavilyonunda şəhər sakinlərini milli mətbəximizin təamlarına qonaq ediblər.

Qeyd edək ki, Fayetvill şəhərinin rəsmiləri ölkəmizə və Azərbaycan icmasına xoş münasibətləri ilə seçilirlər. Bu il şəhər meri Mitç Kolvin 26 fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyan bəyannamə imzalayıb.







Вернуться назад