Главная > Dünya > Gürcüstanda COVID-19-a yoluxanların sayı 1 177-yə çatdı

Gürcüstanda COVID-19-a yoluxanların sayı 1 177-yə çatdı


2-08-2020, 09:01. Разместил: azadses
Gürcüstanda son sutkada  koronavirusa 6 yeni yoluxma halı təsdiqlənib, daha 8 nəfər sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 177, sağalanların sayı isə 955 nəfərə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 17, aktiv koronavirus xəstələrinin sayı isə 205 nəfər təşkil edir.
Hazırda Gürcüstan üzrə karantində 6 969, stasionar nəzarətdə isə 285 nəfər saxlanılır.

Вернуться назад