Главная > Dünya / Manset > Yenicə Rusiya vətəndaşlığını almış şəxslər məcburi hərbi xidmətə cəlb ediləcəklər

Yenicə Rusiya vətəndaşlığını almış şəxslər məcburi hərbi xidmətə cəlb ediləcəklər


22-09-2022, 18:52. Разместил: admin
Rusiyada 10 ildən daha az müddətə vətəndaşlıq almış şəxslərin məcburi hərbi xidmətə cəlb edilməsinə dair təkliflər hazırlanır.

Bu barədə Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin və İnsan Hüquqlarının İnkişafı Şurasının üzvü Kirill Kabanov məlumat verib.

K.Kabanov qeyd edir ki, qərar Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan şəxslərə şamil olunacaq.

“Hərbi vəzifəni yerinə yetirməkdən imtina yalnız hərbi xidmətə cəlb olunmaqdan boyun qaçıran şəxsin deyil, həm də onun ailə üzvlərinin Rusiya vətəndaşlığından məhrum edilməsinə səbəb olmalıdır. Bu təşəbbüsün həyata keçirilməsi yuxarıda adları çəkilən ölkələrin hakimiyyət orqanları tərəfindən öz vətəndaşlarının xüsusi hərbi əməliyyatlarda könüllü olaraq iştirakına dair rəsmi qadağaya adekvat cavab olacaq”, - deyə K.Kabanov vurğulayıb.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan və Qırğızıstan öz vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştirakına qarşı çıxıblar.

Əgər bu ölkələrin vətəndaşları Ukraynadakı hərbi əməliyyatlarda iştirak edərlərsə, onları vətənlərində beş ildən 10 ilə qədər həbs gözləyə bilər.
Вернуться назад