Главная > Dünya / Manset > II Elizabet dəfn edildi – YENİLƏNİB + VİDEO

II Elizabet dəfn edildi – YENİLƏNİB + VİDEO


19-09-2022, 20:28. Разместил: admin
Böyük Britaniya kraliçası II Elizabetin cəsədi olan tabut Vindzor qəsrinin ərazisində yerləşən Müqəddəs Georgi kapellasındakı kral məzarına endirilib.

Dəfn mərasiminə rəhbərblik edən yepiskop Devid Konner dua edərək monarxın bütün titullarını oxuyub.

Vindzordakı mərasimdə kral ailəsi üzvləri, kral məhkəməsinin keçmiş və indiki işçiləri, Böyük Britaniyanın Baş naziri Liz Trass, Böyük Britaniyanın baş qubernatorları, habelə Birləşmiş Krallığa daxil olan dövlətlərin hökumət başçıları iştirak ediblər.

II Elizabetin dəfn mərasimi ilə bağlı keçirilən kütləvi tədbir Böyük Britaniya himninin oxunması ilə başa çatıb.

Bundan sonra Kral III Çarlz və kral ailəsinin üzvləri ibadətgahı tərk edərək Vindzor qəsrinə yollanıblar.

Axşam saatlarında Müqəddəs Georgi kapellasında yalnız hakim ailə nümayəndələrinin iştirakı ilə bağlı qapılar arxasında özəl mərasim keçiriləcək.


Вернуться назад