Главная > Dünya > Tramp Baydeni “dəli” adlandırdı

Tramp Baydeni “dəli” adlandırdı


2-09-2022, 23:19. Разместил: admin
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydeni dəli kimi xarakterizə edib.

Bu şərh Baydenin onu ekstremist adlandırmasına cavab olaraq verilib. Sosial şəbəkələrdə Ağ Evin 45-ci rəhbərinin cavabı gündəm olub.

Bundan əvvəl Bayden xalqa müraciətində demişdi ki, Tramp və onun “Amerikanı yenidən möhtəşəm et” (“Make America Great Again” - MAGA) hərəkatının tərəfdarları Amerikanı təhdid edən ekstremizmi təmsil edirlər.

“Kimsə Co Baydenə MAGA-nın nə demək olduğunu izah etməlidir... Əgər o, Amerikanı yenidən möhtəşəm etmək istəmirsə, o zaman qəti şəkildə Amerika Birləşmiş Ştatlarını təmsil etməməlidir. O isə sözləri, hərəkətləri və düşüncələri ilə Amerikanı yenidən möhtəşəm etmək istəmədiyini nümayiş etdirir”, - deyə Tramp reaksiya verib.

Trampın sözlərinə görə, Bayden Amerikaya qarşı təhdidlərlə dolu qəzəbli və qəribə çıxış edib.

“O [Bayden], yəqin ki, dəlidir və ya demensiyanın son mərhələsindən əziyyət çəkir”, - deyə Tramp ehtimallarını qeyd edib.
Вернуться назад