Главная > Dünya / Manset > Ukrayna Çeçenistanın müstəqilliyini tanıya bilər
Ukrayna Çeçenistanın müstəqilliyini tanıya bilər12-07-2022, 20:39. Разместил: admin |
Ukrayna Ali Radasında Rusiya Federasiyasına daxil olan Çeçenistan Respublikasının dövlət suverenliyinin tanınması haqqında qərar layihəsi irəli sürülüb. Onun təşəbbüskarları xalq deputatları Aleksey Qonçarenko və Musa Maqomedov olublar. Qonçarenko öz “Telegram” kanalında qanun layihəsini şərh edərək, onun mahiyyətini açıqlayıb. O, xatırladıb ki, Rusiya Çeçenistan ərazisini güc yolu ilə Federasiyanın tərkibinə daxil edib. Deputatın sözlərinə görə, İçkeriyadan olan hərbçilər indi Ukraynanın tərəfində Rusiyaya qarşı vuruşurlar. “Ona görə də mən həmkarlarımı bu qətnaməni tez bir zamanda qəbul etməyə çağırıram və Ukrayna prezidentinə Çeçenistan İçkeriya Respublikasının müstəqilliyini tanımağı təklif edirəm. İçkeriya Rusiyadan azad və müstəqil olmalıdır”, - A.Qonçarenko bildirib. Qeyd edək ki, 2022-ci il mayın 17-də Ukrayna prezidentinin saytında “Çeçenistan İçkeriya Respublikasının suverenliyinin tanınması” tələbi ilə bağlı petisiya qeydə alınıb. İyulun 12-nə olan məlumata görə, petisiya 119 səs toplayıb və onun baxılmaq üçün prezidentə təqdim edilməsi üçün 25 min səs lazımdır. Вернуться назад |