Главная > Dünya / Manset > G7 ölkələrinin XİN rəhbərləri G20-nin rəsmi şam yeməyinə qatılmadılar

G7 ölkələrinin XİN rəhbərləri G20-nin rəsmi şam yeməyinə qatılmadılar


8-07-2022, 14:00. Разместил: admin
G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirləri Böyük İyirmilik (G20) qrupunun XİN başçılarının görüşü çərçivəsində rəsmi şam yeməyində iştirak etməyiblər.

Bunu İndoneziyanın xarici işlər naziri Retno Marsudi bildirib. O, hadisənin səbəbləri barədə məlumat verməyib.

Yaponiya mətbuatının yaydığı məlumata görə, ölkənin xarici işlər naziri Yosimasa Hayaşi ziyafətdə iştirak etməyi “uyğunsuz hesab edib”. Belə ki, oarada Rusiya xarici işlər naziri Sergey Lavrovun da iştirak etmə ehtimalı olub.
Вернуться назад