Главная > Dünya / Manset > NATO Baş katibinin Madrid sammiti ilə bağlı mühüm açıqlamaları
NATO Baş katibinin Madrid sammiti ilə bağlı mühüm açıqlamaları29-06-2022, 23:23. Разместил: admin |
“Müharibə nə qədər davam etsə də, NATO Ukraynanın yanında olacaq. Finlandiya və İsveçin də üzvlüyə daxil olması qapılarımızın açıq olduğunu göstərir”. Bu barədə NATO Baş katibi Yens Stoltenberq Madriddə keçirilən NATO sammiti çərçivəsində təşkil etdiyi mətbuat konfransında bildirib. Müttəfiqlərin yeni Strateji Konsepsiya sənədini qəbul etdiklərini bildirən Stoltenberqin açıqlamalarında diqqət çəkən məqamlar isə bunlardır: - Liderlər Ukraynaya çox güclü dəstək mesajı verdilər. Ukraynaya daha çox hərbi sursat, silah və ağır texnika göndəriləcək; - Ukrayna alyansa arxalana bilər, müharibə nə qədər davam etsə də, NATO Ukraynanın yanında olacaq; - NATO Ukrayna üçün hərtərəfli dəstək paketi elan edib; - Sovet texnikasından NATO texnikasına keçid təmin ediləcək; - Finlandiya və İsveçin üzvlüyə daxil edilməsi alyansın qapılarının açıq olduğunu göstərir; - NATO-nun məqsədi bütün müttəfiqlərini müdafiə etməkdir. Rusiya 2010-cu ildə Strateji Konsepsiyada xarici tərəfdaş olduğu halda, yeni konsepsiyada birbaşa təhlükə olaraq qeyd edilir. Вернуться назад |