Главная > Dünya / Manset > İşğal altında olan Donetskdə Rusiya hərbçilərinin hərbi bazası yanıb

İşğal altında olan Donetskdə Rusiya hərbçilərinin hərbi bazası yanıb


18-06-2022, 09:49. Разместил: admin
İşğal altında olan Donetskdə Rusiya hərbçilərinin hərbi bazasında yanğın baş verib.

Bu barədə yerli “Telegram” kanalları yazıb.

Baza şəhərin Kiyevski rayonunda yerləşir. İlkin məlumata görə, yaralıların sayı 3 nəfərə çatıb.

Atışmaların olduğu bildirilir.

Yayımlanan görüntülərdə yanğın nəticəsində xeyli hündürlükdə böyük qara tüstü sütununun əmələ gəldiyi görünür. Döyüş sursatlarının partlama səsləri eşidilir.
Вернуться назад