Главная > Dünya / Manset > Ukraynada Rusiya silahlılarının qətlə yetirdikləri uşaqların sayı artıb
Ukraynada Rusiya silahlılarının qətlə yetirdikləri uşaqların sayı artıb17-06-2022, 14:23. Разместил: admin |
Ukraynada 322 uşaq Rusiya işğalçıları tərəfindən öldürülüb. Bu barədə Ukrayna Baş Prokurorluğu “Telegram” hesabında məlumat yayıb. Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 900-dən çox uşaq zərər çəkib. 322 uşaq həlak olub, 581-dən çoxu yaralanıb. Bu rəqəmlərin yekun olmadığı bildirilir. Əksər uşaq ölümləri Donetskdə (301 nəfər), Xarkovda (170 nəfər) və Kiyevdə (116 nəfər) qeydə alınıb. Rusiya Silahlı Qüvvələri Ukraynada 2028 təhsil müəssisəsinə ziyan vurub, onlardan 209-u tamamilə məhv edilib. Вернуться назад |