Главная > Dünya > Ərdoğan nazirləri Beştəpədə toplayır

Ərdoğan nazirləri Beştəpədə toplayır


23-05-2022, 13:34. Разместил: admin
Türkiyə Nazirlər Kabineti İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətini müzakirə edəcək.

Beştəpədə keçiriləcək toplantıya ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

NATO-ya üzv ölkələrin terror təşkilatlarına dəstəyini kəsməsi istiqamətində müzakirələr aparılacaq.

Eyni zamanda, müzakirəyə çıxarılacaq məsələlər arasında Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün diplomatik səylər, Şərqi Aralıq dənizindəki son vəziyyət, Liviya və Əfqanıstandakı hadisələr də yer alır.
Вернуться назад