Главная > Dünya / Manset > Alimlərdən qalaktikamızın mərkəzindəki qara dəliklə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO + CANLI YAYIM

Alimlərdən qalaktikamızın mərkəzindəki qara dəliklə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO + CANLI YAYIM


12-05-2022, 15:30. Разместил: admin
Alimlər qalaktikamızın mərkəzində yerləşən və Günəşdən 100 min dəfə ağır olan “Sagittarius A*” (“Ulduz işarəsi olan Oxatan A” da adlandırılır) qara dəliyi ilə bağlı vacib açıqlama ilə çıxış edirlər.

Canlı yayımı təqdim edirik:



14:54

2019-cu ildə qara dəliyin ilk şəklini çəkən elm adamları bir neçə saat sonra mühüm açıqlama ilə çıxış edəcəklər. Yeni kəşfin nə olduğu açıqlanmır, ancaq elm tarixinə damğa vuracağı deyilib.

Qeyd edək ki, alimlər üç il öncəki uğurlarından sonra Süd Yolu kəhkəşanının mərkəzindəki superağır qara dəliyin videogörüntüsünü əldə etmək üzərində işə başlayıblar. Bu səbəbdən ekspertlər ehtimal edirlər ki, alimlər qalaktikamızın mərkəzində yerləşən və Günəşdən 100 min dəfə ağır olan “Sagittarius A*” (“Ulduz işarəsi olan Oxatan A” da adlandırılır) qara dəliyinin ilk hərəkətli görüntüsünü təqdim edəcəklər.

Qeyd edək ki, “Sagittarius A*” heç bir zaman təfərrüatlı çəkilməyib. Ən yaxşı halda NASA-nın Yer ətrafında dövr edən “Chandra” teleskopu qara dəlik ətrafında yayılan rentgen şüalarını qeydə alıb.

Video isə hərəkətsiz kadrla mümkün olmayanı – qara dəliyin materiyanı necə udduğunu göstərə bilər. Bu səbəbdən videogörüntünün elm tarixində inqilab olacağı düşünülür.


Вернуться назад