Главная > Dünya / Manset > "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib - YENİLƏNİB + VİDEO

"Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib - YENİLƏNİB + VİDEO


11-05-2022, 09:49. Разместил: admin
İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub.

Birinci yarımfinal mərhələsində 17 ölkənin - Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistanın təmsilçiləri çıxış edib.

Çıxışlar bitdikdən dərhal sonra səsvermə mərhələsi başlayıb. 17 ölkədən ən çox səs toplamış 10 ölkə 14 mayda keçiriləcək final mərhələsinə yüksəlib. Həmin ölkələr bunlardır: İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli ikinci yarımfinalda - 12 mayda çıxış edəcək

23:59

İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

Birinci yarımfinalda aşağıdakı 17 ölkənin təmsilçisi çıxış edəcək: Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistan.

Azərbaycanı “Fade to back” mahnısı ilə təmsil edən müğənni Nadir Rüstəmli ikinci yarımfinalda çıxış edəcək.


Вернуться назад