Главная > Dünya > Rusiyada bir neçə region rəhbərsiz qaldı - YENİLƏNİB

Rusiyada bir neçə region rəhbərsiz qaldı - YENİLƏNİB


10-05-2022, 19:40. Разместил: admin
Rusiyada daha bir region rəhbəri istefa verib.

Mari El Respublikasının rəhbəri Aleksandr Yevstifeyev səlahiyyət müddətinin başa çatması fonunda istefa verdiyini açıqlayıb və göstərdikləri dəstəyə görə bölgə sakinlərinə təşəkkürünü bildirib.

Saratov vilayətinin qubernatoru, 10 il bölgəyə rəhbərlik etmiş Valeri Radayev isə vaxtından əvvəl təqaüdə çıxacağını və qarşıdan gələn seçki kampaniyasında namizədliyini irəli sürməyəcəyini deyib.

Onun sözlərinə görə, diqqətini başqa bir iş sahəsinə yönəltməyi planlaşdırır.

16:42

Rusiya Federasiyasının Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin və onun Kirov vilayətindən olan həmkarı İqor Vasilyev səlahiyyət müddətinin sona yaxınlaşması ilə əlaqədar öz vəzifələrini tərk edəcəklərini bildiriblər.

Jvaçkin bildirib ki, bu ilin yanvarında onun 65 yaşı tamam olub və o, ölkənin ən qocaman rayon rəhbərlərindən biridir. Rusiya Prezidenti Vladimir Putin onun istefasını dəstəkləyib.

“Mən qanunlara əməl etməyə öyrəşmişəm. Heç vaxt kreslodan yapışmadım. Bunlar mənim istefa qərarımı müəyyənləşdirdi”, - deyə S.Jvaçkin bildirib.

Sergey Jvaçkin 2012-ci ildən Tomsk vilayətinin rəhbəridir. 2017-ci ildə o, qubernator vəzifəsinə ikinci müddətə seçilib, səlahiyyət müddəti 2022-ci ildə başa çatır. Bundan əvvəl Jvaçkin neft-qaz sektorunda çalışıb.

Digər istefa verən rusiyalı qubernator İqor Vasiliev 2016-cı il iyulun 28-dən Kirov qubernatoru vəzifəsində çalışır. Bundan əvvəl o, “Rosreestr”ə rəhbərlik edib.

Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov da növbəti seçkilərə qatılmayacağını bəyan edib.
Вернуться назад