Главная > Dünya / Manset > Rusiya Ukraynaya məxsus Su-27 təyyarəsini vurub

Rusiya Ukraynaya məxsus Su-27 təyyarəsini vurub


6-05-2022, 23:19. Разместил: admin
Rusiya Ukraynaya məxsus Su-27 təyyarəsini vurub
Rusiya Ukraynaya məxsus Su-27 təyyarəsini vurub
Dünya21:33Oxunma sayı: 72

Gün ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus Su-27 qırıcısını, 7 pilotsuz təyyarəni vurub, həmçinin "Smerç" reaktiv yaylım atəş sisteminin iki mərmisini ələ keçirib.

“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.

“Rusiyanın hava hücumundan müdafiə sistemləri Luqanskın Platonovka qəsəbəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsini vurub. PUA-lar Xarkov vilayəti, Sladkoe, Zemlyanka, Donetsk, Tretyakovka, Varvarovka, İlan adası ərazisində vurulub”, - deyə o bildirib.

Bundan əlavə qeyd edilib ki, İzyum bölgəsində Rusiya hava hücumundan müdafiə sistemi “Smerç” reaktiv raket sisteminin iki raketini ələ keçirib.
Вернуться назад