Главная > Dünya > Ağ Evin mətbuat katibi dəyişir

Ağ Evin mətbuat katibi dəyişir


6-05-2022, 12:45. Разместил: admin
ABŞ prezidentin köməkçisi və Ağ Evin mətbuat katibi Karin Jan-Pyer olacaq. O, mayın 13-də vəzifəsindən ayrılacaq Cen Psakini əvəz edəcək.

Bu barədə ABŞ Prezidenti Co Baydenin mətbuat xidməti məlumat yayıb.

Karin Jan-Pyer indiyədək mətbuat katibinin birinci müavini və prezidentin köməkçisinin müavini vəzifələrində çalışıb. O, uzun müddətdir ki, Baydenlə işləyir.
Вернуться назад