Главная > Dünya > Türkiyə Suriyaya uçan Rusiya təyyarələrinə hava məkanını bağladı

Türkiyə Suriyaya uçan Rusiya təyyarələrinə hava məkanını bağladı


23-04-2022, 23:27. Разместил: admin
Türkiyə hava məkanını Rusiyadan Suriyaya əsgər daşıyan bütün mülki və hərbi təyyarələr üçün bağlayıb.

“Azadsəs.az” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, belə bir qərar Moskva ilə məsələhətləşərək qəbul edilib.

"Rusiyanın hərbi təyyarələrinə, hətta Suriyaya gedən və əsgər daşıyan mülki təyyarələrə də hava məkanını bağladıq. 3 aydır icazə verirdik. Aprelə qədər icazələri var idi. Prezidentimiz də Putinə dedi. Sonra uçuşlar dayandı", - deyə Çavuşoğlu bildirib.
Вернуться назад