Главная > Dünya / Manset > ABŞ-ın Ukraynaya hərbi yardım paketinə hansı silahlar daxildir?

ABŞ-ın Ukraynaya hərbi yardım paketinə hansı silahlar daxildir?


21-04-2022, 21:22. Разместил: admin
Vaşinqtonun Ukraynaya göndərdiyi 800 milyon dollarlıq yeni hərbi yardım paketinə 72 155 millimetrlik haubitsa, həmçinin 121 taktiki pilotsuz uçuş aparatı (PUA) daxildir.

"Azadsəs.az” xəbər verir ki, bu barədə cümə axşamı Pentaqonun sözçüsü Con Kirbinin yaydığı yazılı açıqlamada deyilir.

“Bu paketdəki silahlara 72 155 mm-lik haubitsa və 144 000 artilleriya mərmisi, 72 155 mm-lik haubitsa yedək maşını, 121-dən çox “Phoenix Ghost” taktiki pilotsuz uçuş sistemi, sahə avadanlığı və ehtiyat hissələri daxildir”, - açıqlamada qeyd edilir.
Вернуться назад