Главная > Dünya > “Ukraynaya hərbi təyyarə göndərilməyib” - Zelenski

“Ukraynaya hərbi təyyarə göndərilməyib” - Zelenski


21-04-2022, 15:45. Разместил: admin
“Qərb tərəfdaşlarımız Ukraynaya heç bir hərbi təyyarə göndərməyib”.

“Azadsəs.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın “BFM” telekanalına müsahibəsində deyib.

Bununla belə, Zelenski bildirib ki, tərəfdaşların ölkəyə ağır hərbi texnika göndərəcəyinə ümid edir və bu cür yardımı artırmaq cəhdləri müşahidə edir.

Qeyd edək ki, aprelin 19-u Pentaqonun mətbuat katibi Con Kirbi bildirib ki, Ukrayna son zamanlar hərbi yardım qismində əlavə təyyarələr əldə edib, lakin bu təyyarələri ABŞ göndərməyib. O qeyd edib ki, digər ölkələrin Ukraynaya nə göndərdiklərini açıqlamayacaq.
Вернуться назад