Главная > Dünya > Ərdoğan İraqda əməliyyatın məqsədini açıqladı

Ərdoğan İraqda əməliyyatın məqsədini açıqladı


20-04-2022, 18:00. Разместил: admin
Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələri aprelin 17-si İraqın şimalında “Pençe Kilit” adlı antiterror əməliyyatına başlayıb.

“Azadsəs.az”ın “Hürriyet”ə istinadən məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən əməliyyatın məqsədini açıqlayıb.

“Əməliyyatı həyata keçirməkdə məqsədimiz həm İraq torpaqlarını terror təşkilatından təmizləmək, həm də sərhəd təhlükəsizliyimizi təmin etməkdir. Türkiyənin tək məqsədinin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək olduğunu bir daha vurğulamaq istəyirəm”, - deyə Ərdoğan söyləyib.
Вернуться назад