Главная > Dünya / Manset > ABŞ iranlı nazirə viza vermədi

ABŞ iranlı nazirə viza vermədi


17-04-2022, 14:22. Разместил: admin
İranın maliyyə naziri Ehsan Xanduzinin rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankının sammitində iştirak edə bilməyəcək.

"Azadsəs.az" xəbər verir ki, Dünya Bankının mərkəzi qərargahı Vaşinqtonda yerləşdiyi üçün ABŞ Dövlət Departamentinin konsulluq idarəsindən viza almaq lazım gəlir.

Amma nə ABŞ-ın İranda, nə də İranın ABŞ-da heç bir diplomatik nümayəndəliyi yoxdur. Qarşılıqlı razılaşma əsasında viza və digər texniki məsələləri İsveçrənin İrandakı və ABŞ-dakı səfirlikləri həyata keçirirlər.

İranın maliyyə naziri Dünya Bankının sammitində iştirak etmək məqsədi ilə ABŞ ərazisinə keçməyə icazə verən viza üçün müraciət edib. Lakin ABŞ tərəfi müraciətə heç bir cavab verməyib. Bu səbəbdən İranın maliyyə naziri səfərdən imtina etməyə məcbur qalıb.

İranın Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada deyilir ki, ABŞ hökuməti bir sıra beynəlxalq təşkilatların mərkəzi ofislərinin öz ərazisində yerləşməsindən sui-istifadə edir və bu da beynəlxalq hüquq normalarına ziddir.
Вернуться назад