Главная > Dünya / Manset > Hindistanda festival zamanı izdiham: Ölən və yaralananlar var

Hindistanda festival zamanı izdiham: Ölən və yaralananlar var


17-04-2022, 10:47. Разместил: admin
Hindistanın Tamil Nadu ştatında dini festivalda izdiham yaşanıb.

Nəticədə azı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ştat rəsmilərinin sözlərinə görə, festival Madurai rayonundakı şəhərlərdən birində keçirilib. İlkin məlumata görə, izdihama festival iştirakçılarının eyni vaxtda dindarlar üçün əhəmiyyətli bir yerə hərəkət etməsi səbəb olub.

Qeyd olunur ki, çoxlu sayda insan yer darlığına görə boğulmadan şikayət edib. Onlardan bəziləri huşunu itirib. Zərərçəkənlərdən bəziləri xəstəxanaya yerləşdirilib.
Вернуться назад