Главная > Dünya > Honq-Konq sahillərində neft tankeri partladı: Ölən var

Honq-Konq sahillərində neft tankeri partladı: Ölən var


17-04-2022, 09:43. Разместил: admin
Şənbə günü Honq-Konq sahillərində neft tankerində partlayış baş verib.

Hadisə nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.

İnsident Çinin xüsusi inzibati rayonundan 300 km şərqdə baş verib.

Partlayış Panama bayrağı altında üzən “Çuanq Yi” gəmisində qeyd alınıb. Yerli hakimiyyət orqanları zərərçəkənləri təxliyə etmək üçün təbii fəlakət yerinə iki xilasedici helikopter göndərib. Ekipaj üzvləri arasında İndoneziya və Myanma dənizçiləri də var.

Qeyd olunub ki, gəminin göyərtəsində baş verən yanğın lokallaşdırılıb. Partlayışın səbəbi hələ müəyyən edilməyib.
Вернуться назад