Главная > Dünya > Rusiya Boris Consona qarşı sanksiyalar tətbiq etdi
Rusiya Boris Consona qarşı sanksiyalar tətbiq etdi16-04-2022, 17:40. Разместил: admin |
Rusiya Böyük Britaniyanın Baş naziri Boris Consona qarşı cavab tədbirləri tətbiq edildiyini açıqlayıb. Onun ölkəyə girişinə qadağa qoyulub. Oxşar sanksiyalar Böyük Britaniyanın xarici işlər və müdafiə nazirləri Liz Trass və Ben Uollesə qarşı da tətbiq edilib. Qeyd olunub ki, qərar Britaniya hökumətinin “misligörünməmiş” düşmənçilik davranışları ilə əlaqədar qəbul edilib və xüsusilə, Rusiya Federasiyasının yüksək vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiqinə cavab xarakteri daşıyıb. Ümumilikdə siyahıya 13 nəfər daxil edilib ki, bunlar sırasında baş nazirin müavini, ədliyyə naziri Dominik Raab, daxili işlər naziri Priti Patel, maliyyə naziri Rişi Sunak, Şotlandiyanın birinci naziri Nikola Stercen, İngiltərə və Uelsin baş prokuroru Suella Braverman, həmçinin Mühafizəkarlar Partiyasından deputat, Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey xüsusilə seçilir. Rusiya Xarici İşlər Nazirliyi Britaniya rəhbərliyinin “Ukrayna ətrafında vəziyyəti qəsdən gərginləşdirdiyini” vurğulayıb. Xatırladaq ki, buna qədər Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı iqtisadi təzyiqləri artırmaq barədə razılığa gəlmişdilər. Вернуться назад |