Главная > Dünya / Manset > Consonun cərimələnməsindən sonra istefa verdi

Consonun cərimələnməsindən sonra istefa verdi


14-04-2022, 11:15. Разместил: admin
Böyük Britaniyanın ədliyyə üzrə dövlət katibi Devid Volfson istefa verib.

“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın ədliyyə üzrə dövlət katibi Devid Volfson Baş nazir Boris Consonun baş nazirin ofisində COVID-19 məhdudiyyətlərini pozduğuna görə cərimələnməsindən sonra istefa verib.

Volfson Consona yazdığı məktubda təkcə hökmün çıxarılmasına səbəb olan fəaliyyətlərə görə deyil, həm də “baş verənlərə rəsmi reaksiya” səbəbindən vəzifəsini tərk etdiyini vurğulayıb.
Вернуться назад