Главная > Dünya > “Exit poll”: Vuçiç Serbiya prezident seçkilərinin birinci turunda liderdir
“Exit poll”: Vuçiç Serbiya prezident seçkilərinin birinci turunda liderdir4-04-2022, 10:16. Разместил: admin |
Serbiyada dünən keçirilən prezident seçkilərinin birinci turunda hazırkı dövlət başçısı Aleksandar Vuçiç lider olub. Bunu seçkilərdə keçirilən “exit-poll”un nəticələri göstərir. “Ipsos” Araşdırma Mərkəzi və Azad Seçkilər və Demokratiya Mərkəzinin (CeSID) birgə məlumatlarına əsasən hazırkı dövlət başçısı rəqiblərini üstələyib. “Exit-poll”un nəticələrinə görə, Vuçiçin lideri olduğu hakim Serb Tərəqqi Partiyasının rəhbərlik etdiyi “Birlikdə hər şeyi edə bilərik” koalisiyası 43,6% səs toplayıb. Siyahıda ikinci yerdə Marinika Tepiçin rəhbərlik etdiyi “Serbiyanın Qələbəsi Naminə Birlik” koalisiyası 12,9% qərarlaşıb. Üçüncü yerdə İvitsa Daçiçin sədri olduğu Serbiya Sosialist Partiyası rəhbərlik etdiyi koalisiya 11,6% mövqe tutub. Qalan partiyalar 3 %-lik baryeri aşa bilməyib. Dünən Serbiyada növbəti prezident və növbədənkənar parlament seçkiləri keçirilib. Eyni zamanda Respublikanın Seçki Komissiyası Belqradda, həmçinin Arandjelovas, Smederevska-Palanka, Luçani, Medveja, Knyajevas, Baina-Başta, Dolevas, Kula, Kladovo, Maydanpek, Seçan və Sevoyno bələdiyyələrində yerli seçkilər keçirilib. Respublika Seçki Komissiyasının məlumatına görə, Serbiyada və xaricdə ümumilikdə 8 255 seçki məntəqəsi açılıb. Вернуться назад |