Главная > Dünya > “Quru sərhədlərin açılması Rusiyadan turistlərin artmasına səbəb olar”

“Quru sərhədlərin açılması Rusiyadan turistlərin artmasına səbəb olar”


30-03-2022, 17:49. Разместил: admin
"Quru sərhədlərinin açılması Rusiyadan Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olar".

"Azadsəs.az" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

"Azərbaycanda koronavirus pandemiyasına dair son göstəricilər kifayət qədər aşağıdır. Hesab edirəm ki, quru sərhədlərinin açılması Azərbaycana gələn Rusiya turistlərinin sayının artmasına səbəb olar", - deyə Boçarnikov qeyd edib.

O, həmçinin qeyd edib ki, Azərbaycanda "MİR" ödəniş kartının istifadəyə verilməsi buna da töhfə verə bilər.
Вернуться назад