Главная > Dünya > Ukrayna Baş Qərargahı Rusiyanın müharibədəki itkilərini AÇIQLADI

Ukrayna Baş Qərargahı Rusiyanın müharibədəki itkilərini AÇIQLADI


27-03-2022, 11:13. Разместил: admin
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək 16 600 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 582 ədəd tankı, 1 664 ədəd zirehli döyüş maşını, 294 ədəd artilleriya sistemi, 93 ədəd RYAS, 52 hava hücumundan müdafiə sistemi, 121 ədəd hərbi təyyarəsi, 127 ədəd helikopteri, 1 144 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 56 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.
Вернуться назад