Главная > Dünya / Manset > Rusiya Ukraynada 35 “Bayraktar TB2” vurub

Rusiya Ukraynada 35 “Bayraktar TB2” vurub


25-03-2022, 23:49. Разместил: admin
“Xüsusi hərbi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinə məxsus 1587 tank və zirehli maşın məhv edilib”.

“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisinin birinci müavini general-polkovnik Sergey Rudskoy bu gün keçirilən brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, əməliyyat zamanı Ukraynanın 636 artilleriya və minaatanı, 163 reaktiv yaylım atəşi sistemi, 112 təyyarəsi, 75 helikopteri, 35 “Bayraktar TB2” pilotsuz uçuş aparatı, 148 “S-300” və “Buk M1” hava hücumundan müdafiə sistemləri məhv edilib.
Вернуться назад