Главная > Dünya > Rusiya Bakıya uçuşları bərpa etdi

Rusiya Bakıya uçuşları bərpa etdi


20-03-2022, 13:52. Разместил: admin
Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot” bu gündən etibarən Azərbaycana müntəzəm uçuşları bərpa edib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yerləşdirilib .

Bildirilir ki, bu gün ərzində Moskvadan Bakıya iki aviareys həyata keçiriləcək. Təyyarələr Bakı vaxtı ilə 12:00 və 14:25-də Azərbaycan paytaxtına yola düşəcəklər.

Növbəti günlər də uçuşlar baş tutacaq.

Qeyd edək ki, aviaşirkət martın 8-dən Bakı da daxil olmaqla, bütün beynəlxalq reysləri dayandırmışdı.
Вернуться назад