Главная > Dünya > ABŞ-da avtoşou zamanı atışma, yaralılar var

ABŞ-da avtoşou zamanı atışma, yaralılar var


20-03-2022, 09:19. Разместил: admin
ABŞ-ın Arkanzas ştatının Dumas şəhərində avtoşou zamanı atışma baş verib.

“Azadsəs.az” “CNN” telekanalına istinadən xəbər verir ki, insident nəticəsində azı 10 nəfər yaralanıb.

Xəsarət alanlar arasında uşaqların da olduğu deyilir.

Polis mümkün şübhəli haqqında məlumat yaymayıb, araşdırma aparılır.
Вернуться назад