Главная > Dünya / Manset > G7 Rusiya iqtisadiyyatını zəiflətmək üçün yeni sanksiyalara hazırlaşır

G7 Rusiya iqtisadiyyatını zəiflətmək üçün yeni sanksiyalara hazırlaşır


11-03-2022, 08:39. Разместил: admin
“Böyük Yeddilik” (G7) ölkələri Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlı yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etməyə hazırlaşır.

“Azadsəs.az” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.

“Biz artıq G7 ilə yeni sanksiyalar paketi üzərində işləyirik”- nazir deyib. XİN rəhbəri bildirib ki, Moskvaya qarşı məhdudiyyətlər Rusiya iqtisadiyyatını zəiflətmək məqsədi daşıyır.

Eyni zamanda o, digər ölkələri Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərə qoşulmağa çağırıb.

Xatırladaq ki, G7-yə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya daxildir.
Вернуться назад