Главная > Dünya / Manset > Zelenski NATO-dan hava məkanının bağlanılmasını istədi

Zelenski NATO-dan hava məkanının bağlanılmasını istədi


6-03-2022, 18:31. Разместил: admin
“Ukraynanın hava məkanını bütün Rusiya raketlərinə, aviasiyalarına bağlayın”.

“Azadsəs.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, NATO-ya müraciət edərək, humanitar hava zonasının yaradılmasını istəyib:

“İnsanları qorumaq sizin humanitar borcunuzdur. Əgər bunu etməsəniz, təyyarələr verməsəiniz, onda yeganə nəticə çıxarmaq olar ki, siz də bizim yavaş-yavaş öldürülməyimizi istəyirsiniz. Bu məsuliyyət bu gün və həmişəlik dünya və Qərb liderlərinin üzərinə düşür”.
Вернуться назад