Главная > Dünya / Manset > Pakistanda məsciddə partlayış qurbanlarının sayı artdı

Pakistanda məsciddə partlayış qurbanlarının sayı artdı


5-03-2022, 21:00. Разместил: admin
Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

“Azadsəs.az” “Dawn” qəzetinə istinadən xəbər verir ki, terror aktı zamanı yaralanan 5 nəfər xəstəxanada dünyasını dəyişib və bununla da, məsciddə həlak olanların sayı 62-yə çatıb.

Daha əvvəl bu rəqəm 56 idi.

Xatırladaq ki, martın 4-ü iki terrorçu məscidə girməyə cəhd edib. Orada onlarla polis əməkdaşları arasında atışma olub. Nəticədə bir polis həlak olub, digəri isə ağır yaralanıb. Terrorçulardan biri məscidə daxil ola bilib və partlayıcı qurğunu işə salıb.


Вернуться назад