Главная > Dünya > “Rusiya hərbçiləri Ukraynada uşaqlara şirniyyat verir” - Ramzan Kadırov

“Rusiya hərbçiləri Ukraynada uşaqlara şirniyyat verir” - Ramzan Kadırov


5-03-2022, 09:16. Разместил: admin
“Rus hərbçiləri Ukraynada mülki şəxslərlə döyüşmür, əksinə, onların müdafiəsini təmin edir və lazımi yardım göstərir”.

“Azadsəs.az” TASS-a istinadən xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov bildirib.

"Ukraynanın mülki əhalisinin müdafiəyə ehtiyacı var. Çeçenistan xüsusi təyinatlıları isə bu vəzifənin öhdəsindən layiqincə gəlirlər. Rusiya hərbçiləri mülki əhali ilə vuruşmurlar. Bu insanlar siyasi intriqaların və hərbi sui-qəsdlərin qurbanı olublar”, - Kadırov qeyd edib.

"Hər gün əsgərlər onlara (sakinlərə) nəyə ehtiyacı olduğunu soruşurlar. Hərbçilər gündəlik həyatı bir növ rəngləndirmək üçün uşaqlara yemək, eləcə də şirniyyat verir. Onların arasında çoxlu yaşlı və xəstə insanlar var. Onlar lazım olan hər şeylə, dərmanlarla təmin olunublar”, - deyə Çeçenistan rəhbəri əlavə edib.
Вернуться назад