Главная > Dünya / Manset > Zaporojye Atom Elektrik Stansiyası atəşə tutuldu, yanğın var

Zaporojye Atom Elektrik Stansiyası atəşə tutuldu, yanğın var


4-03-2022, 08:30. Разместил: admin
Rusiya hərbçiləri Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının ilk enerji blokuna daxil olub.

"Azadsəs.az" xəbər verir ki, bu barədə stansiyanın mətbuat xidmətinin nümayəndəsi Andrey Tuz bildirib.

Onun sözlərinə görə, xilasedicilər yanğının söndürülməsinə başlaya bilmirlər, çünki onlar da atəşə tutulub.

"Zaporojye AES-də yanğın baş verib. Yanğınsöndürənlər alovlanma yerinə çata bilmir və nəticələri aradan qaldıra bilmirlər - onlar açıq-aşkar atəş açır. Artıq birinci enerji blokunda zərbə var", - Tuz bildirib.

O bildirib ki, bu enerji bloku bir həftə əvvəl şəbəkəyə qoşulub, bir neçə gün əvvəl isə planlı təmir vəziyyətinə keçirilib.

"Nüvə yanacağı nüvə reaktorunun içərisindədir. Hələlik boşaldılmayıb. Üstəlik, mərkəzi zalda nüvə yanacağının doldurulması və saxlanması hovuzu da var. Bu hovuzda da uran və nüvə yanacağı olan birləşmələr var", - deyə o, təhlükənin olduğunu vurğulayıb.
Вернуться назад