Главная > Dünya / Manset > Rusiya-Ukrayna danışıqlarının məkanı dəyişdi - YENİLƏNİB + FOTO

Rusiya-Ukrayna danışıqlarının məkanı dəyişdi - YENİLƏNİB + FOTO


3-03-2022, 12:58. Разместил: admin
Ukraynanın “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamia Rusiya ilə danışıqların yeni raundu ilə bağlı vəziyyətə aydınlıq gətirib.

Bu barədə o, “Facebook” səhifəsində yazıb.

“Belovejsk meşəsində aparılan danışıqlarla bağlı məlumatlar reallığa uyğun deyil”, - deyə xalq deputatı bildirib.

Onun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında danışıqlar həqiqətən də, başqa yerdə baş tutacaq.

Araxamia bütün təfərrüatları tezliklə dərc edəcəyinə söz verib.



23:20

Ukrayna nümayəndə heyəti Belovejsk meşəsində keçirilməsi gözlənilən Rusiya nümayəndə heyəti ilə danışıqlara yollanır.

Bu barədə Ukrayna prezidenti ofisindən bildirilib.

Bir müddət öncə Ukraynanın danışıqların növbəti raundunda iştirakını Ali Radadakı “Xalqın xirmətçisi” fraksiyasının lideri David Araxamia təsdiqləyib.

Qeyd edək ki, birinci tur fevralın 28-də baş tutub. Ukrayna prezidenti ofisinin müşaviri Mixail Podolyakın sözlərinə görə, tərəflər gündəlik üzrə bir sıra prioritet mövzuları müəyyənləşdiriblər.
Вернуться назад