Главная > Dünya / Manset > Rusiya və Ukrayna bu gün danışıqların keçiriləcəyini təsdiqlədi

Rusiya və Ukrayna bu gün danışıqların keçiriləcəyini təsdiqlədi


2-03-2022, 14:30. Разместил: admin
“Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu martın 2-si axşam keçiriləcək”.

“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak açıqlayıb.

Onun sözlərinə görə, nümayəndə heyətlərinin tərkibi dəyişməz olaraq qalacaq.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində bildirib ki, Rusiya nümayəndə heyəti bu gün axşam saatlarında Ukrayna nümayəndələri ilə danışıqlar üçün təyin olunan məkanda olacaq.

Qeyd edək ki, fevralın 28-i Rusiya və Ukrayna nümayəndə heyətləri Belarusun Qomel şəhərində danışıqlar aparıblar.

Ukraynanı görüşdə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak, üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski təmsil edib.

Rusiya nümayəndə heyətinin tərkibinə isə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov daxil olub.
Вернуться назад