Главная > Dünya / Manset > Ukrayna Rusiyanın yeni itkilərini açıqladı

Ukrayna Rusiyanın yeni itkilərini açıqladı


1-03-2022, 13:16. Разместил: admin
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ötən sutka ərzində Rusiyanın 5 qırıcısını, zirehli texnikasının kolonunu, yanacaq olan bir kolonunu, hava hücumundan müdafiə sistemini, bir helikopteri və qanadlı raketi vurub.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, Rusiya qoşunları aviazərbələr, zenit-raket qüvvələri və HHQ-nin hücum pilotsuz təyyarələri nəticəsində böyük itkilər verib.

Rusiya qüvvələrinin Vasilkov və Brovarıya hava hücumu zamanı ukraynalı qırıcı pilotlar iki rus təyyarəsini vurublar.

Hərbi Hava Qüvvələri beş qırıcını vurub. İlkin məlumatlara görə, bunlar “Su-30” və “Su-35”dir.

Kiyev yaxınlığında “Buk M-1” zenit-raket kompleksi Rusiyanın qanadlı raketini və helikopterini vurub.
Вернуться назад