Главная > Dünya / Manset > Şarl Mişel Zelenski ilə telefonla danışdı
Şarl Mişel Zelenski ilə telefonla danışdı22-02-2022, 14:09. Разместил: admin |
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub. “Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı Şarl Mişel öz rəsmi tviter hesabında yazıb. “Avropa İttifaqının Ukrayna ilə tam həmrəy olduğunu ifadə etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışdım. Aİ qətiyyətlə sizin yanınızdadır və Ukraynanın ərazi bütövlüyünü tam olaraq dəstəkləyir. Rusiyanın addımı beynəlxalq hüquq və qaydalara əsaslanan beynəlxalq nizama qarşı hücumdur”, - deyə Mişel qeyd edib. Вернуться назад |