Главная > Dünya / Manset > Fransa və Rusiya XİN rəhbərlərinin telefon danışığı oldu

Fransa və Rusiya XİN rəhbərlərinin telefon danışığı oldu


19-02-2022, 15:52. Разместил: admin
Fransanın xarici işlər naziri Jan-İv Le Drianın rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı olub.

"Azadsəs.az" xəbər verir ki, bu barədə Fransa XİN məlumat yayıb. Bildirilir ki, Le Drian Ukraynanın şərqində vəziyyətin gərginləşməsindən dərin narahatlığını bildirib:

"Münhen Təhlükəsizlik Konfransında iştirak edən Fransanın xarici işlər naziri fevralın 19-da rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb. Le Drian son günlər Ukraynanın şərqində baş verən eskalasiya ilə bağlı dərin narahatlığını ifadə edib.

ATƏT missiyası tərəfindən müəyyən edilən atəşkəs rejiminin çoxsaylı pozuntuları Normandiya formatında (Rusiya, Fransa, Almaniya, Ukrayna) təmaslar zamanı götürülmüş öhdəliklərə ziddir".

Le Drian qeyd edib ki, təhlükəsizlik zəmanətləri üzrə dialoq aparmaq üçün hələ də imkan var.
Вернуться назад