Главная > Dünya / Manset > Zelenski 16 fevralla bağlı fərman verdi

Zelenski 16 fevralla bağlı fərman verdi


15-02-2022, 08:54. Разместил: admin
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 16-nın Ukraynada “Birlik Günü” kimi təyin edilməsi haqqında fərman imzalayıb.

“Azadsəs.az” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Zelenski yeni qərarı ilə bağlı açıqlamasında deyib:

“Bizə deyirlər ki, fevralın 16-sı hücum günü olacaq. Bu günü "Birlik Günü" edəcəyik. Artıq müvafiq fərman imzalanıb. Bu gün dövlət bayraqları asacaq, mavi və sarı lentlər taxıb bütün dünyaya birliyimizi nümayiş etdirəcəyik. Ukraynanı sevin! Biz sakitik! Biz güclüyük! Biz birlikdəyik!”.
Вернуться назад