Главная > Dünya / Manset > Amsterdamda yüksək kirayə haqqı səbəbindən evi boş qalanlar cəzalandırılacaq

Amsterdamda yüksək kirayə haqqı səbəbindən evi boş qalanlar cəzalandırılacaq


14-02-2022, 13:40. Разместил: admin
Son illərdə Amsterdamda mənzil kirayələrinin artımı kəskin şəkil alıb.

Təxminən 1 milyon 200 min əhalisi olan şəhərdə aylıq ev kirayəsi orta hesabla 1500 avro civarındadır.

Şəhərdəki evlərin təxminən 6 faizi yüksək kirayə gözləntiləri və ya təmir işləri səbəbindən uzun müddətdir boşdur.

Şəhər rəhbərliyi bu vəziyyətin qarşısını almaq üçün yeni əsasnamə hazırlayıb.

Müəyyən olunmuş müddətdə ev kirayə verilməzsə, qiyməti bələdiyyə müəyyən edəcək.

Aprel ayında qüvvəyə minəcək qaydaya görə, ev boş qaldıqdan sonra 3 ay ərzində kirayə verilməzsə, bələdiyyə əlavə vaxt verəcək. Bu müddətin sonunda ev icarəyə verilməzsə, bələdiyyənin müəyyən etdiyi qiymətə kirayə veriləcək.

6 ay ərzində evinin boş olması barədə bələdiyyəyə məlumat verməyənlər isə cərimələnəcək.

Qiyməti 512 min avroya qədər olan evləri alanlar 4 il müddətinə mənzilini kirayə verə bilməyəcək.

Yeniliklər vasitəsilə investisiya məqsədilə ev əldə olunmasının qarşısını almaq hədəflənir.
Вернуться назад