Главная > Dünya / Manset > ABŞ İŞİD lideri barədə məlumata 10 milyon dollar mükafat təyin edib - FOTO

ABŞ İŞİD lideri barədə məlumata 10 milyon dollar mükafat təyin edib - FOTO


11-02-2022, 12:15. Разместил: admin
ABŞ rəhbərliyi 2015-ci ildə Qlobal Xüsusi Terror Təşkilatı siyahısına əlavə etdiyi İŞİD liderinin axtarışına başlayıb.

ABŞ Dövlət Departamenti Əfqanıstanda fəaliyyət göstərən İŞİD terror təşkilatının başçısı Şahab ​​əl-Muhacir kimi tanınan Sənaullah Qafari və 26 avqust 2021-ci ildə Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanında törədilən partlayışa görə məsuliyyət daşıyanlar haqqında məlumat verənə 10 milyon dollar mükafat təyin edib.

Açıqlamada 2020-ci ilin iyun ayında Qafarini İŞİD terror təşkilatına başçı təyin etdiyi bildirilib.

Xatırladaq ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının sonuna yaxın, 26 avqust 2021-ci ildə Kabil Həmid Karzai hava limanının qapısına bombalı hücum təşkil edilib və 13 ABŞ əsgəri və 170 əfqan vətəndaşı həyatını itirib.

18-i ABŞ əsgəri olmaqla 150-dən çox adamın yaralandığı hücuma görə İŞİD məsuliyyəti üzərinə götürüb.


Вернуться назад