Главная > Dünya / Manset > Simonyan onu qarşılamayan aparat işçisini işdən çıxardı

Simonyan onu qarşılamayan aparat işçisini işdən çıxardı


10-02-2022, 21:33. Разместил: admin
Ermənistan prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyan bu günlərdə parlamentmonitoring.am saytına müsahibəsində bildirib ki, Armen Sarkisyanın əvvəllər Ermənistanın üçüncü prezidentinin aparatında protokol şöbəsinin müdiri vəzifəsində çalışmış müşaviri Armen Qiçyan onun xahişi ilə istefa verib.

“Azadsəs.az” xəbər verir ki, Simonyan deyib:

“Armen Qiçyan mənim xahişimlə getdi. Onun işləməyə hazır olub-olmadığını bilmirəm, amma mən ondan getməsini xahiş etdim”.

Politik.am saytının araşdırmasına görə, Armen Qiçyanın işdən azad olunmasının səbəbi başqadır. Belə ki, Alen Simonyan prezident iqamətgahına gələn ilk gün prezidentin müşaviri Armen Qiçyan onu qarşılamayıb.

Ertəsi gün Alen Simonyan Armen Qiçyanı yanına çağıraraq bu epizodu xatırladıb və ondan istefa məktubu yazmasını istəyib. Qiçyan isə buna heç bir reaksiya vermədən ərizə yazıb və istefa verib.


Вернуться назад