Главная > Dünya / Manset > Peskov: “Putinin Türkiyəyə səfəri ilə bağlı razılıq əldə olunub”

Peskov: “Putinin Türkiyəyə səfəri ilə bağlı razılıq əldə olunub”


8-02-2022, 17:47. Разместил: azadses
“Rusiya Prezidenti Vladimir Putinin səfəri ilə bağlı Moskva ilə Ankara arasında razılaşma var, lakin səfərin konkret tarixi hələ təsdiq edilməyib”.

Bu açıqlama ilə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

“Həqiqətən də, perspektivdə belə bir səfər planlaşdırılır. Dəfələrlə dediyimiz kimi, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu səfərlə bağlı razılığa gəliblər. Onlar razılaşıblar ki, səfər prezidentlərin qrafiki və epidemioloji şərait imkan verən kimi baş tutsun. Hələlik dəqiq tarix məlum deyil, lakin diplomatik kanallar vasitəsilə bu səfərin vaxtı razılaşdırılacaq”, - deyə Dmitri Peskov bildirib.

Mənbə: TASS


Вернуться назад