Главная > Dünya / Manset > Ekvadorun paytaxtında daşqın qurbanlarının sayı 27 nəfərə çatıb

Ekvadorun paytaxtında daşqın qurbanlarının sayı 27 nəfərə çatıb


5-02-2022, 15:03. Разместил: azadses
Ekvadorun paytaxtı Kito şəhərində bazar ertəsi yağan leysan yağışların səbəb olduğu güclü daşqınlar nəticəsində azı 27 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə cümə günü şəhər administrasiyası məlumat yayıb.

“27 nəfər ölüb, 55 nəfər yaralanıb (onlardan 41-i xəstəxanadan buraxılıb, 14-ü xəstəxanada qalıb, 1-nin vəziyyəti ağırdır), 2 nəfər itkin düşüb”, - şəhər administrasiyası tviterdə bildirib. Daha əvvəl 23 nəfərin öldüyü xəbər verilib.

Bazar ertəsi Ekvadorun paytaxtında leysan yağışları bir neçə əsas nəqliyyat arteriyasını su basmasına səbəb olub. Palçıq axınları bir neçə binaya ziyan vurub, elektrik enerjisi təchizatını kəsib. Xilasedicilər paytaxtın zərər çəkmiş ərazilərində işləyir, texniki işçilər elektrik enerjisini bərpa edir, küçələri təmizləyir.


Вернуться назад