Главная > Dünya / Manset > ABŞ-da fırtına dağıntılara səbəb olub, ölən və xəsarət alanlar var

ABŞ-da fırtına dağıntılara səbəb olub, ölən və xəsarət alanlar var


4-02-2022, 15:41. Разместил: azadses
ABŞ-ın Alabama ştatının Heyl dairəsində qar fırtınası nəticəsində yaranan tornado nəticəsində azı 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report" xəbər verir ki, bu barədə yerli xilasetmə xidmətlərinin nümayəndəsinə istinadən NBC televiziya şirkəti məlumat yayıb.

Bütün dairələrə təsir edən dağıntılar barədə ətraflı məlumat verilir.

Qar və yağış səbəbindən ABŞ-ın mərkəzi və şərqində 230 mindən çox sakin işıqsız qalıb. Ən çox Tennessi ştatına ziyan dəyib, 137 000 nəfərdən çox insan elektrik enerjisinin kəsilməsindən əziyyət çəkib.


Вернуться назад