Главная > Dünya > Roberto Karlos yaşıl meydana qayıdır

Roberto Karlos yaşıl meydana qayıdır


2-02-2022, 19:03. Разместил: azadses
Futbol üzrə Braziliya millisinin sabiq sol cinah müdafiəçisi Roberto Karlos karyerasını bir oyunluq bərpa etmək qərarına gəlib.

49 yaşlı R.Karlos yerli bar və pabların sponsorluğu ilə təşkil edilən İngiltərə Pivə Liqasında çıxış edəcək.

R.Karlos bu liqada bir oyunluq “Bull in Barn Yunayted” klubunda oynayacaq.

Belə ki, “Bull in Barn Yunayted” “eBay”in sosial platformasının “Dream Transfer” müsabiqəsində qalib gəlib.

Klublar burada iştiraka görə 5 funt sterlinq ödəyir və yarışda qalib gələn komanda bir matçlıq peşəkar futbolçu alır.

“Dream Transfer” tirajından əldə edilən bütün gəlirlər xeyriyyəçiliyə yönəldilib.

Mənbə: BBC


Вернуться назад